Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağman adlanan yaşayış massivi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü X.Məmmədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov