Zaqatalada iki avtomobil toqquşub.
"Unikal" xəbər verir ki, dünən axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində 1991-ci il təvəllüdlü Qax rayon sakini Nicat Ziyadlının idarə etdiyi “Chevrolet” və Ramil Cumayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü N.Ziyadlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli