“Kəpəz” baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatlrladaq ki, "Kəpəz" A.Şükürovun rəhbərliyi altında bu mövsüm Misli Premyer Liqasında keçirdiyi 5 oyunun hamısında uduzub və hazırda turnir cədvəlində 12 komanda arasında sonuncu yeri tutur.
Qeyd edək ki, Adil Şükürov Premyer Liqanın 5-ci turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərlə mübahisə etməsi ilə gündəmə gəlmişdi.