Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ABŞ-a və Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ, Çin-Azərbaycan münasibətləri bir çox sahələrin dinamik inkişafına səmərəli töhfə verəcəkdir" mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər Ağsaqqallar şurasının sədri, professor Nurəddin Məmmədov iştirakçıları salamladıqdan sonra, mövzu ətrafında məlumat verib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Gəncə şəhər nümayəndəliyi, Gəncə Ağsaqqallar Şurasının üzvləri, ali məktəblərin, kolleclərin, müəssisə-təşkilatların rəhbərləri və ziyalılar iştirak ediblər.
Çıxış edən ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov və İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov mövzu ətrafında geniş məruzə ilə məlumat ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da mövzu ətrafında fikirlərini bölüşüb.
Daha sonra çıxış edənlər GDU-nun professoru Həsənbala Sadıqov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov, ATU-nun dosenti Hüseyn Budaqov, QAİ Gəncə nümayəndəliyinin üzvü, dosent Bayram Apoyev və başqaları tam əminliklə birmənalı olaraq bildiriblər ki, bu möhtəşəm səfərlər ABŞ, Çin-Azərbaycan iqtisadi ticarət əlaqələrinin gələcək inkişafına da səmərəli töhfə verəcək.