"Vaşinqton Şimali Koreyanın nüvəsizləşdirilməsi tələbindən əl çəkərsə, Pxenyan ABŞ ilə danışıqlara hazırdır".
"Unikal" xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In KXDR Ali Xalq Məclisinin 13-cü sessiyasında çıxışı zamanı deyib.
"Əgər ABŞ nüvəsizləşdirmə ilə bağlı boş vəsvəsəsindən əl çəksə və reallığın tanınmasına əsaslanaraq Şimali Koreya ilə dinc yanaşı yaşamaq istəsə, bizim ABŞ ilə danışıqlardan imtina etmək üçün heç bir səbəbimiz yoxdur",- o, qeyd edib.
Gülayə Mecid