Milli Təhlükəsizlik Xidməti direktorunun Bakıya səfəri ilə bağlı bütün təfərrüatlar yalnız zəruri hallarda açıqlanacaq.
"Unikal" xəbər verir ki, bunu sentyabrın 22-də İrəvanda NATO Parlament Assambleyasının 108-ci “Rose-Roth” seminarı zamanı jurnalistlərlə söhbətində Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.
Səfərin effektiv olub-olmaması və ermənilərin qaytarılması ilə bağlı razılığın əldə edilib-edilməməsi sualına cavab olaraq Qriqoryan qeyd edib ki, MTX bütün məlumatları verəcək.
Ağarza Elçinoğlu