Ukrayna Krımın cənub sahilindəki Foros kəndindəki kurort zonasına hücuma görə layiqli cəzasını alacaq.
"Unikal" xəbər verir ki, bunu Krım parlamentinin spikeri Vladimir Konstantinov deyib. Konstantinov Ukrayna hakimiyyətinin hərəkətlərini terror adlandırıb və belə cinayətlərin nəticəsiz keçməyəcəyini vurğulayıb. O, həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, bu gün Ukrayna PUA-larla Krıma hücum edib.