Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-nin raket əleyhinə müdafiə sisteminin strateji komponentlərinin genişləndirilməsi planlarının monitorinqinə xüsusi diqqət yetirilməsi barədə göstəriş verib.

"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

Məlumata görə, Rusiya lideri müvafiq qurumlara ABŞ-nin strateji hücum silahları arsenalı ilə bağlı fəaliyyətinə nəzarət etməyi də tapşırıb.