64 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə Qax şəhərinin Heydər Əliyev prospektində baş verib.

Belə ki, Qax şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Tağıyevi minik avtomobili vurub. Ağır bədən xəsarətləri alan  E.Tağıyev təcili yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına catdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla baglı araşdırma aparılır.

Seymur Əıi