ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışıb.

"Unikal" xəbər verir ki,  o, qazaxıstanlı həmkarını 4 milyard dollar dəyərində dəmiryol avadanlıqlarının, ABŞ lokomotivlərinin alışına dair razılaşma ilə bağlı təbrik edib.

“İllərdir saxta ekologiya tərəfdarlarının hücumuna məruz qalan dəmiryol sənayemizə dəstək olmalıyıq. Prezident Tokayevi böyük alışına görə təbrik edirəm. Bu ölkə və dünya etibarlı, gözəl dəmiryolları üzərində qurulub”, - deyə Tramp bildirib.