Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron sistemi çöküb.
Bu barədə "Unikal"a vətəndaşlar məlumat veriblər.
Qeyd olunub ki, sistemin çökməsi nəticəsində xəstəxanalarda uzun növbələr yaranıb. Sabunçu Tibb Mərkəzində də eyni hal yaşanıb.
Xatırladaq ki, son zamanlarda xəstəxanalarda elektron sistemin çökməsi problemi tez-tez yaşanır.
Seymur Əli