Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlanıb.

BŞTİ-dən "Unikal"a bildirilib, qeyd edilən vəzifə üzrə namizədlər sentyabrın 26-sı saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olmalıdır.