Məlum olduğu kimi, "Paris Sen-Jermen" və Fransa yığmasının hücumçusu Usman Dembele dünyanın ən yüksək fərdi futbol mükafatı olan "Qızıl top"u qazanıb. 

"Unikal"ın məlumatına görə, Dembele "Qızıl top"u qazanan 3-cü müsəlman futbolçu olub.

Belə ki, 1998-ci ildə sözügedən mükafatı qazanan Zinəddin Zidan və 2022-ci ildə "Qızıl top"a layiq görülən Kərim Benzema da İslam dininə sitayiş edirlər. Qeyd edək ki, adıçəkilən hər 3 futbolçu - Dembele, Zidan və Benzema Fransa millisində çıxış ediblər.

Murad İbrahimli