ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp BMT-nin mənzil qərargahına gedərkən problemlə üzləşiblər. 

"Unikal" xəbər verir ki, Tramp çıxış etmək üçün konfrans zalına qalxmaq istəyərkən eskalator işləməyib. Nəticədə Ağ Ev rəhbəri və Melaniya pilləkənləri piyada qalxmalı olublar.