Azərbaycanın 1-ci Liqa klubu "Baku Sportinq" Luka Stevanoviçi heyətinə qatıb. 

"Unikal" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Ötən mövsüm də Bakı təmsilçisinin formasını geyinmiş serbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı oyunçunun son klubu Belarus təmsilçisi “Molodeçno” olub.