Dünya çempionu Argentina yığmasının və ABŞ-ın “İnter Mayami” klubunun 38 yaşlı hücumçusu Lionel Messi, Fransa çempionu PSJ-nin 28 yaşlı hücumçusu Usman Dembeleni “Qızıl top” sorğusunda qalib olması münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, Messi və Dembele bir vaxtlar “Barselona”da birlikdə çıxış ediblər.

“İnanılmazsən, Usman. Təbrik edirəm. Çox sevinirəm. Sən buna layiqsən!”, – deyə Messi “Instagram”da yazıb.