Tayvanın şərqində “Raqasa” super tayfunun səbəb olduğu daşqınlar nəticəsində 120-dən çox insan itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində isə yaralananların sayı 34 nəfərə çatıb.
***10:05
Tayvanda "Raqasa" qasırğası nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Tayvanın fövqəladə əməliyyatlar mərkəzi məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət 100-ə yaxın insanın köməksiz vəziyyətdə qalmasına səbəb olub. Tayfunun xarici dövranı adanın şərqində, şimalında və cənubunda sahilyanı ərazilərə təsir etməkdə davam edir və güclü yağışlar gətirir. Hualien qraflığında bir bənd yarılıb.