Xəbər verdiyimiz kimi,  ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp BMT-nin mənzil qərargahına gedərkən problemlə üzləşiblər. Tramp çıxış etmək üçün konfrans zalına qalxmaq istəyərkən eskalator işləməyib. Nəticədə Ağ Ev rəhbəri və Melaniya pilləkənləri piyada qalxmalı olublar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunun fonunda Ağ Evin mətbuat katibi Caroline Levitt açıqlama yayıb. 

Onun sözlərinə görə,  Birləşmiş Ştatlar BMT-ni ABŞ prezidenti Donald Tramp eskalatorda olarkən onun işləməməsi ilə bağlı araşdırma aparmağa çağırıb.

"Prezident və birinci xanım eskalatora qalxarkən BMT-də kimsə qəsdən eskalatoru dayandırıbsa, onlar işdən çıxarılmalı və dərhal araşdırılmalıdır", - o, qeyd edib. 

Gülayə Mecid