"Paşinyan Xankəndidə "Artsax Ermənistandır, bu qədər" deyərək, əvvəllər danışılmış bütün tezisləri məhv etdi və müharibəyə səbəb oldu".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin birinci prezidenti Levon Ter-Petrosyan deyib.
"Mənim Qarabağ siyasətimin onun siyasəti ilə heç bir əlaqəsi yoxdur", - deyə o qeyd edib.
Paşinyanla debata gəlincə, Ter-Petrosyan deyib ki, Paşinyan Qarabağla bağlı bütün sənədləri dərc etməlidir: "Onun əlində Qarabağla bağlı bütün sənədlər var, mən 100 dəfə demişəm ki, yaysınlar. O sənədləri dərc etsə, mübahisə bitər, çünki orada hər şey yazılıb".
Ağarza Elçinoğlu