Tailandın paytaxtı Banqkokda yolun çökməsi nəticəsində böyük çuxur meydana gəlib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə anbaan müşahidə kameralarına əks olunub. Belə ki, yerin yarılması nəticəsində nəqliyyat vasitələri çuxura düşüb. 

Hadisə fonunda yolda nəqliyyatın hərəkətini dayandırılıb və ətrafdakı binaların sakinləri evakuasiya edilib.

Səlahiyyətlilər hadisənin su basmış metro inşaatı nəticəsində baş verdiyini və şəhərin musson yağışları altında yeni risklərlə üzləşdiyini bildirib.

Banqkok qubernatoru Çadçart Sittipunt ölən və yaralananların olmadığını, lakin 3 avtomobilin ziyan gördüyünü açıqlayıb.  

Gülayə Mecid