Tayvanda "Raqasa" qasırğası nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Tayvanın fövqəladə əməliyyatlar mərkəzi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət 100-ə yaxın insanın  köməksiz vəziyyətdə qalmasına səbəb olub. Tayfunun xarici dövranı adanın şərqində, şimalında və cənubunda sahilyanı ərazilərə təsir etməkdə davam edir və güclü yağışlar gətirir. Hualien qraflığında bir bənd yarılıb.