Oqtay Şirəliyev hökumətə qarşı qəzəb içində
12:35 08-11-2012
CƏMİYYƏT
Oqtay Şirəliyev hökumətə qarşı qəzəb içində
Səhiyyə naziri 660 milyon manatlıq büdcədən əsəbləşdi
Səhiyyə naziri Oqtay Şirəliyev yeni ilin büdcə layihəsindən narazıdır. Buna səbəb həmin layihədə səhiyyə üçün ayrılan vəsaitin digər sahələrlə müqayisədə xeyli az olmasıdır. Bu barədə redaksiyamıza Səhiyyə Nazirliyinə yaxın mənbədən bildirilib.
Xatırladaq ki, Gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat nəzərdə tutulub. Bir çox sahələrə ayrılan vəsaitlərin həcmində kəskin artım var.
Mənbəmizin bildirdiyinə görə, məsələn, gələn il müdafiə xərclərinin artması planlaşdırılır. Xüsusilə müdafiə sektoruna 2 milyard manata yaxın vəsait yönəldiləcək. Bu da 7%-ə yaxın artımdır. Və ya: təhsil sektoruna ayrılan vəsaitlərin məbləğində də artım var - Misir Mərdanovun sərəncamında gələn il 1 milyard 500 min manatdan çox pul olacaq.
Di gəl ki, səhiyyə naziri Oqtay Şirəliyevin 2013-cü illə bağlı gözləntiləri özünü doğrultmayıb və onun rəhbərlik etdiyi sahəyə cəmi 666 milyon manat vəsait ayrılıb. Nəzərə alsaq ki, Azərbaycanda hər bir nazir məsul olduğu sahəyə
ayrılan dövlət vəsaitlərindən "şəxsi büdcəsi" kimi yararlanır; belədə Şirəliyevin narazılığını anlamaq mümkündür. Belə ki, gələn il o, bir çox həmkarları qədər "varlı" olmayacaq.
Artıq Şirəliyevə yaxın şəxslər səhiyyə nazirinin narazılığını dolayı yolla dilə gətirməkdədirlər. Uzun zamanlar Səhiyyə Nazirliyində çalışmış və səhiyyə nazirinə yaxınlığı ilə bilinən millət vəkili, parlamentin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin dedikləri yuxarıda yazdıqlarımızın eyni təsdiqi kimi qiymətləndirilə bilər.
Məsələ burasındadır ki, Musa Quliyev Milli Məclis komitələrinin birgə iclasında hökuməti səhiyyə sisteminə diqqətsizlikdə günahlandırıb. Deputatın sözlərinə görə, səhiyyə ilə baglı artımı rəqəmlərdə görürük. Amma səhiyyənin ÜDM-a görə payı azalıb. "Səhiyyə xərcləri Rusiyada ÜDM-nin 8.4, Belarusda 4, bizdə isə 2.2 faiz təşkil edir. Təsəvvür edin ki, Ermənistandan da geridəyik. Bu gün Azərbaycanda həkimdən aşagı maaş alan yoxdur. 10 faiz artım edilir, onu da inflyasiya "yeyir"" - Şirəliyevə yaxın millət vəkili belə deyib.
Bu sözlərdən də belə anlaşılır ki, səhiyyə naziri gələn ilin büdcəsindəki payından çox narazıdır və bu narazılığını gizlətmək fikrində də deyil. Oqtay Şirəliyevin narazılığını qarşıdakı zamanlarda yenə də müşahidə etməyimiz isə istisna olunmamalıdır.
Qeyd edək ki, Oqtay Şirəliyev və işçilərinin inadla təkzib etməsinə rəğmən səhiyyə Azərbaycanda ən korrupsiyalaşmış sahələrdən sayılır. Ölkə mətbuatının müstəqil hissəsi və müstəqil eksprtlər bu məsələdə yekdil fikir sərgiləyirlər. Dəfələrlə yerli və xarici mərkəzlər tərəfindən keçirilən sorğularda da səhiyyə sistemi korrupsiyalaşma səviyyəsinə görə ilk yerlərdə qərar tutub. Bunun bir çox səbəbləri var, məsələn, onlardan biri dövlət səhiyyə müəssisələrində pulsuz xidmət adı ilə demək olar ki, tam ödənişli sistemin mövcudluğudur. Buna görə də sadə vətəndaşlar arasında keçirilən əksər sorğularda da korrupsiya amilinə görə səhiyyə təhsillə birlikdə önə çıxır - axı insanların ən çox təmasda olduğu bu sektorlardır.
Gələn il isə səhiyyədəki korrupsiya üçün dövlət vəsaiti bu sahə rəhbərlərinin ürəyincə deyil. Onların narazılığı da məhz buna görədir.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04