TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bu gün keçirilən mətbuat konfransında çıxış edib.
Unikal.org xəbər verir ki, o deyib ki, apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur:
"Onun sözlərinə görə, maskanı bütün respirator infeksiya daşıyıcı olan şəxslər taxmalıdır:
"Sağlam insanın maska taxması mühüm deyil. Qoruyuculuğu yüksək olan maskalar ancaq tibb işçiləri üçün istehsal olunur. Bu da apteklərdə satılmır".