Bu gün Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır.
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 12-si İran, biri İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır:
"Hazırda onların müayinə cavabları gözlənilir".