Azad Rəhimova "Velotrek" yasağı
13:36 13-11-2012
CƏMİYYƏT
Azad Rəhimova "Velotrek" yasağı
Naziri istəyinə çatmağa qoymurlar
Bir neçə ay əvvəl məlumat yayıldı ki, tezliklə "20 Yanvar" metro stansiyası yaxınlığında yerləşən "Velotrek"in köçürülməsinə başlanılacaq. Həmin vaxt iddia olunurdu ki, ticarət mərkəzi ilə idman meydançasının ərazisində gənclər və idman naziri Azad Rəhimov yaşayış kompleksi tikdirəcək.
Xəbərlərdə o da deyilirdi ki, bir müddət əvvəl hotel tikintisi üçün icazə istəyən nazirə müsbət cavab verilmədiyindən o, köhnə avtovağzal ərazisini də əhatə edən yerdə hündür mərtəbəli bina tikməyə icazə alıb. Hazırda ən böyük problemin burada çalışan ticarətçilərin yerlə təmin olunmaları məsələsi olduğu deyilir və əlavə edilirdi ki, "Velotrek"də çalışanlara Qaradağdakı "Karvansaray" ticarət mərkəzində yer təklif olunub.
Əksəriyyəti Sumqayıtda yaşayan alverçilərin çoxu isə bu təkliflə heç cür razılaşmayacaqlarını bildirmişdilər. Qəzetlərin birində Amil adlı satıcı demişdi ki, bazar sakinləri məsələ ilə bağlı narahatdırlar: "Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi bazarı təmir etdirdi. Dörd ay keçib, indi də deyirlər ki, bazarı sökəcəklər. "Velotrek" üçün Mərdəkanda xüsusi yer ayrılıb. Burada isə nazir Azad Rəhimovun bina tikəcəyini deyirlər. Dayanacaq kimi istifadə olunan köhnə avtovağzal ərazisi də alınıb".
Bu xəbərin dövriyyəyə buraxıldığı günlərdə isə o da məlum oldu ki, artıq yarmarkanın sağ hissəsindəki ərazi dəmir vasitələrlə hasarlanıb. Buradakı 4 dönərxana, qutab, kökə satılan 2 köşk, 3 ərzaq dükanı, 2 videosalon, dispetçer məntəqəsi və ayaqyolu sökülüb.
Amma sonradan proses dayandı. Və aradan bir neçə ay keçməsinə rəğmən "Velotrek" nə köçürülüb, nə də bu istiqamətdə hər hansı hərəkətlilik müşahidə olunur. Bəs bunun səbəbi nədir?
Məlumatlı mənbədən qəzetimizə bildirildiyinə görə, Azad Rəhimovun "Velotrek"in köçürülməsi ilə bağlı icazə alması və orada göydələn tikdirmək istəməsi yönündə səyləri olduğu dəqiqdir: "Amma nazirin bu səyləri tamamilə nəticəsiz qalıb. "Velotrek"in yerində Rəhimova yüksək mərtəbəli bina tikilməsi üçün icazə verilməyib. Bunun konkret səbəbini demək çətindir, mümkündür ki, nazirin iqtidar içindəki rəqibləri onun elə bir ideyasının gerçəkləşməsini əngəlləyiblər. Hazırda Rəhimovun biznesinin güclənməsini istəməyən rəqibləri onun qarşısında bu cür sədd çəkə bilərdilər".
Bir sözlə, Azad Rəhimov növəti dəfə arzuolunmaz situasiya ilə üzləşib: son vaxtlar işləri gətirməyən nazir daha bir zərbəni "Velotrek"lə bağlı alıb.
Həsən Əli
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04