Əli Həsənov: "O vaxt Heydər Əliyevi müşayiət edən 3 adamdan biri mən oldum"
13:37 13-11-2012
CƏMİYYƏT
Əli Həsənov: "O vaxt Heydər Əliyevi
müşayiət edən 3 adamdan biri mən oldum"
"1990-cı ildə mən Moskvada aspiranturada təhsil alırdım və o zaman ümummilli liderimizlə yaxınlaşmamız baş verdi. Təxminən 1990-cı ilin may ayının sonu, iyunun əvvəllərində Azərbaycana gələn Heydər Əliyevi müşayiət edən 3 adamdan biri mən oldum. Lakin Mütəllibov hakimiyyəti ulu öndərimizin qarşısına öyrədilmiş xüsusi qrup çıxarmışdı və onlar da əsassız olaraq, deyirdilər ki, Heydər Əliyev Azərbaycana qayıtmasın. Lakin tarixi təcrübə göstərdi ki, həmin insanların atdıqları addımlar çox yanlış idi".
Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Əli Həsənov YAP-ın saytına müsahibəsində deyib. O bildirib ki, həmin vaxt Heydər Əliyevə Bakıda yaşamağa imkan verməyiblər, bu səbəbdən də o, Naxçıvana getməli olub: "Mən Naxçıvanda da ümummilli liderin yanında idim. O zaman ulu öndərin Naxçıvan fəaliyyətini işıqlandırmaq üçün "Azadlıq" radiosu, "Amerikanın səsi", "Alman dalğası" və digər beynəlxalq kütləvi informasiya vasitələrinə müraciətlər edirdik. Beləliklə də, Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü başlandı. Həmin vaxtda onun deputatlığa namizədliyi Naxçıvan əhalisi tərəfindən irəli sürüldü. Heydər Əliyev deputat seçiləndən sonra isə mən təhsilimi davam etdirmək üçün yenidən Moskvaya qayıtdım".
Ə. Həsənov bildirib ki, bu gün prezident İlham Əliyev YAP-a söykənərək, real siyasət həyata keçirir: "Yeni Azərbaycan Partiyası 20 ildə ciddi inkişaf yolu keçib, təkmilləşib, özünün bütün milli strukturunu formalaşdırıb. Bu gün ölkəmizin elə bir yaşayış məkanı yoxdur ki, orada YAP-ın özək təşkilatları olmasın. Bu mənada YAP-ın 20 illik yubileyi münasibətilə partiya üzvlərinə ilk növbədə yüksək fəallıq arzu edirəm. YAP-ın qabaqcıl nümayəndələri daha çox dövlət strukturlarında çalışdığından partiya dövlət quruculuğu işi ilə məşğuldur. Lakin buna baxmayaraq, partiyanın xüsusilə də, gənclər təşkilatları, ideoloji strukturları əsas aparıcı tendensiyaların önündə dururlar. Düşünürəm ki, elə gənclər cəmiyyətimizin aparıcı qüvvəsi kimi proseslərin önündə durmalıdır. Əlbəttə ki, bu gün 600 minə qədər üzvü olan Yeni Azərbaycan Partiyası ölkənin həyatında mühüm rol oynayır. Bu mənada bütün partiya üzvlərinə uğurlar arzulayıram".
Fuad
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49