Fransada erməni ruzigarı
13:40 13-11-2012
CƏMİYYƏT
Fransada erməni ruzigarı
Ermənistan prezidenti Fransadan dəstək istəyir
Ermənistan Prezidenti Serj Sarkisyanın Fransaya rəsmi səfəri Yelisey sarayında Fransa Prezidenti Fransua Ollandla görüşlə başlayacaq. Tərəflər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsi perspektivlərini müzakirə edəcəklər. Dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə toxunacaqları gözlənilir. Artıq dəfələrlə Fransaya səfər etmiş Sarkisyanla görüş mayda dövlət başçısı seçilmiş Olland üçün ilk görüş olacaq.
Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərin mövqelərinin yaxınlaşmasına yardım etməyi özünə hədəf seçəcək.
Sarkisyan indiki səfəri zamanı Fransa parlamentinin Ermənistanla dostluq qrupuna daxil olan fransız deputatlar və senatorlarla, həmçinin yerli işgüzar dairələrin nümayəndələri ilə də görüşəcək. Bu arada Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilir.
Dünya Azərbaycanlı Gənclər Birliyindən verilən məlumata görə, aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Hollandiya-Azərbaycan-Türkiyə Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Berlin Azərbaycan Evi, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Fransa Azərbaycan Evi, Köln Türk Federasyonu, Strasburq Azərbaycan Tələbələr Birliyi iştirak edir.
Qeyd edək ki, aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın sivil və demokratik bir ölkə olan Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaqdan ibarətdir.Maraqlıdır, bəs iki ölkə prezidentlərinin görüşləri hansı sonluqla tamamlanacaq?
Ekspertlər hesab edir ki, bu gün Fransa ilə Ermənistan arasında bir sıra məsələlər var ki, onların həllinə çalışılacaq. Bunlar nədən ibarətdir? Qeyd olunur ki, görüşdə Fransanın yeni prezidentindən "erməni soyqırımı"nı tanımayanlara qarşı cəzanın tətbiq olunmasını təmin edən qanunun yenidən müzakirəyə çıxarılması istəniləcək. Qeyd edək ki, Fransanın keçmiş prezidenti belə bir qanunun qəbuluna yaşıl işıq yandırsada ölkənin konstitusiya məhkəməsi qanunu ləğv etdi. Məsələnin yenidən gündəmə gəlməsi isə gözləniləndir və Serj Sarksyan həmkarı ilə görüşdə bunun həll olunmasına çalışacaq. Bundan başqa qeyd edək ki, Ermənistanda prezident seçkiləri olacaq və Serj Sarksyan Fransa timsalında qərbdən dəstək istəməyə çalışacaq. Nəhayət müzakirələrdə əsas məsələlərdən biri də yəqin ki, Xankəndi hava limanının istifadəyə verilməsi üçün Fransadan köməyin istənilməsi olacaq. Qeyd edək ki, Ermənistan Azərbaycanın təkidlərinə baxmayaraq Xankəndi hava limanını istifadəyə verib. Amma Azərbaycan tərəfi açıq şəkildə bildirib ki, hava limanından təyyarə qalxarsa Azərbaycan tərəfi ən sərt addıma əl atacaq. Buna görə də hava limanı hələ ki, işləmir. Amma Ermənistan ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrlə artıq danışıqlara başlayıb və məqsəd Azərbaycan tərəfini güzəştə məcbur etdirməkdir. Bunun nəticəsi olaraq ABŞ-in Ermənistandakı səfiri açıqlama verərək bildirdi ki, mülkü təyyarələrə qarşı Azərbaycan tərəfi sərt ölçü götürməməlidir. Bu isə açıq aşkar Ermənistanın maraqlarına cavab verirdi. Bundan sonra Fransada eyni mövqe ilə çıxış edərsə sözsüz ki, bu Azərbaycanın maraqlarına cavab verməyəcək və son nəticədə Azərbaycan beynəlxalq təzyiqlərlə üz-üzə qala bilər. Çox böyük ehtimal ki, Ermənistan prezidenti Fransalı həmkarı ilə görüşdə bu məsələnin həllinə çalışacaq. Sonda bunu da qeyd edək ki, hazırda Fransa qərb timsalında Serj Sarksyanın yenidən prezident seçilməsinə maraq göstərir. Amma son zamanlar dünya erməni lobbisinin dəstək verdiyi keçmiş xarici işlər naziri Vardan Oskanyanla Serj Sarksyan arasında problemlərin yaranması səbəbindən vəziyyət o qədərdə yaxşı deyil. Görüşdə ekspertlər bildirir ki, bu məsələdə xüsusi müzakirə olunacaq və Serj Sarksyan müəyyən öhdəliklər götürməklə yenidən prezident seçilməsini təmin edə biləcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17