"Azərbaycan qanunvericiliyə əsasən, bu kimi hallarda işçinin günahı olmadan hər hansı fasilə yaranırsa, əmək haqqının verilməsi qaydası nəzərdə tutulub"
Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-də çıxışı zamanı deyib.
Nazir çıxışında dərslərin dayandırılmasına görə, müəllimlərin, məktəbdə çalışan işçilərin maaşlarla bağlı maraqlandıran suala da aydınlıq gətirib:
"İşçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir. Buna görə də maaşların hesablanması və ödənilməsi ilə bağlı hesab edirəm ki, heç bir problem olmayacaq".