Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.
Unikal.org xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Belə ki, ötən gün saat 22:01-də “Gecənin sehrində” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.
Qeyd edək ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.
Uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.(axsam.az)