Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. 

Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, bu gün saat 09:10-a olan məlumata əsasən, 17 562 (Azərbaycan bölməsi -17019; rus bölməsi -543) abituriyent ərizəsini təsdiq edib.