Türkiyənin Səhiyyə naziri Fəxrədddin Qocanın koronovirusla bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, nazir həmçinin də, daim qapalı vəziyyətdə çalışan işçilərə virusdan qorunmağın sadə yollarını qeyd edib.
Belə ki, iş yerində bunlar nəzərə alınmalıdır:
-İşəgötürən işçinin evdən və ya ofis xaricində işləmək imkanlarını araşdırması vacibdir. Xüsusilə virusun yayılmasının qarşısını almaq üçün xəstə və ya riskli işçiləri evdən çalışmasının mümkünlüyünü bilmək zəruridir.
-Öskürək və ya nəfəs darlığı kimi tənəffüs xəstəliyinin əlamətlərini göstərən işçilər dərhal işdən təxliyə edilməli və evlərinə göndərilməlidir.
-İş yerindəki ofislərə təmiz hava axını təmin etmək və kondisionerlərin filtrlərini dəyişdirmək də çox vacibdir.
- Ofislərdə, işçilərin əl gigiyenası üçün sabun, kağız dəsmal, kompüter klaviaturasını dezinfeksiyaedici, səthlərin müntəzəm təmizlənməsi kimi materiallara sahib olmalıdır.
Gülayə Mecid