Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin  barəsində cinayət işi başlanılması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən M.Ağayeva oğlu haqqında yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib:

"Bu məlumatların heç bir əsası yoxdur. Oğlum ali savadlıdır və Koorperasiya Universitetinin məzunudur. Oğlum bələdiyyə üzvlüyünə namizəd idi. Həmin ərəfədə də bu tipli məlumatlar yaydılar. Oğlum 1990-cı il təvəllüdlüdür. Ölkəmizdə gənclərə qayğı var. Fariz fərdi təsərrüfatla məşğuldur. O,  öz zəhməti ilə çörəyini yeyən oğlandır. Ona mən və ya kimsə dəstək olsaydı, indi o yüksək vəzifədə olardı. Bizim ailəni rayonda hamı tanıyır. Mənim oğlum heç vaxt elə iş görməz".

Famil Fərhadoğlu