"Deputatlar oturduqları yerləri seçmirlər, yerləri Katibliyin ümumi şöbəsi təyin edir. Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam (məktəb illərimdən axırda oturmağı xoşlayıram). Yanımda Razi Nurullayev oturur".
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin ReAl-çı deputatı Erkin Qədirli bildirib.
O, Milli Məclisdəki kreslolarla bağlı fikirlərini də bildirib:
"Həddindən artıq rahatdır. Heç uçaqların biznes-klassında belələri olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilir (elektron düymələri var). Bu kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır".