Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib.
Bu barədə Unikal.org-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, A.Məlikov 1933-cü ilin 13 sentyabrında anadan olub.