Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini Hüquq sektorunun müdiri Ziya Məmmədov təmsil edib. O, “Miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi” mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib.
Z.Məmmədov beynəlxalq təcrübəyə, habelə dövlət orqanlarından və beynəlxalq təşkilatlardan alınan təkliflərə əsaslanaraq, könüllü qayıdış prinsipi əsasında hazırlanmış "Böyük Qayıdış" proqramı haqqında məlumat verib. “Əminik ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qayıdış proqramı tam icra olunacaq və məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə oz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər”, - deyə Z.Məmmədov bildirib. Cocuq Mərcanlı kəndinin münaqişəsonrası reabilitasiya və regionda davamlı sülhün təmin edilməsinin unikal modeli olduğu vurğulanıb.
İclas iştirakçıları “Böyük Qayıdış” proqramını yüksək qiymətləndiriblər.