Azərbaycan, İran və digər ölkələr koronavirusun təsbiti üçün istifadə edilən Rusiya istehsalı test sistemləri alacaq.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətindən bildirilib. 

Məlumata görə, Rusiya Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, həmçinin İran, Şimali Koreya və Monqolustana koronavirusu təsbit etmək üçün 800 test sistemi göndərib. Bu sistemlər 80 000 pasiyenti testdən keçirməyə imkan verəcək.