Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə A.Salahova şəxsi "Facebook” hesabından paylaşım edib.

O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.

Qeyd edək ki, Aydan Salahova azərbaycanlı rəssam Tahir Salahovun qızıdır.