“Azərbaycanda koronavirus şübhəsi təsdiqlənən xəstələrin karantinə alındığı sərhəd ərazilərdəki xüsusi ayrılmış tibb müəssisələrinin, eləcə də analizləri yoxlayan laboratoriyaların işçiləri üçün fərdi qoruyucu vasitələr (PPE) alınacaq”.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan, ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir: “İlkin mərhələdə test dəstləri ölkəyə fevral ayında çatdırılıb. İkinci mərhələdəki dəstlər isə hazırda göndərilir”.