Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin mart ayı üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib.
Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini 31 mart 2020-ci il tarixində qəbul edəcək. “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarovun Beyləqan və Xocavənd, sədr müavini Etibar Məmmədovun İmişli rayonunun sakinləri ilə görüşləri martın 30-da keçiriləcək.
Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.