Daxili İşlər Nazirliyi yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni videoçarx yayıb.

Unikal.org xəbər verir ki, videoçarxda diqqətsiz sürücülərdən və piyadalardan bəhs edilir. Tanınmış aktyor Tahir İmanovun çəkildiyi bu çarxda bir daha sürücülərə və piyadalara tövsiyyə edilir ki, yol hərəkəti qaydalarına əməl etsinlər.

Yollarda diqqətli və məsuliyyətli olun ki, arzularınız yarımçıq qalmasın...

Qeyd edək ki, sosial çarxda baş rolda Azərbaycanın əməkdar artisti "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Tahir İmanov çəkilib.