Koronavirus təhlükəsi səbəbiylə bir ay müddətində Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.
Unikal.org Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi də (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) qadağan edilib.
Bunula yanaşı, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.