Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək.
Unikal.org-un məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir.
Beləliklə, koronavirusla bağlı şayələr yayılması ilə bağlı fiziki şəxslər 100 manatdan 500 manatadək, vəzifəli şəxslərin 2 min manatdan 5 min manata qədər cərimələnəcəklər. Bundan əlavə yol verilən bəzi hallara görə isə 1 aylıq inzibati həbs qəti imkan tədbirinin seçilməsi nəzərdə tutulur.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.