“İndiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var”.
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud vəziyyət barədə məlumat verərkən bildirib.
Onun sözlərinə görə, ümumilikdə 25 nəfərdə koronavirus aşkarlanıb: “Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və onlar sağalaraq evə buraxılıblar”.