Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq.
Unikal.org Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:
- vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected] e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;
- vəkillərin kasasiya, əlavə kasasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;
- yazılı müraciətlərin məktublar qutusuna atılması;
Qeyd. Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbulla əlaqədar vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər.
Telefon: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104).