Zeynəb Xanlarova hakimiyyətdən üz döndərib
13:13 14-11-2012
CƏMİYYƏT
Zeynəb Xanlarova hakimiyyətdən üz döndərib
Deputatdan hökumətə sual
"Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?" Bunu "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova bildirib.
Çox maraqlıdır, nədən millət vəkili, hər zaman iqtidarın yanında durduğunu bəyan edən və illərlə bunu edən Zeynəb Xanlarova indi belə bir sualla çıxış edir? Hər halda bunu təsadüfü hesab etmək olmaz . çünki son zamanlar Zeynəb Xanlarova mövqeyində kifayət qədər dəyişikliklər edib və açıq şəkildə bəzən daha çox müxalifətçilik edir. Məsələn , bir müddət öncə eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi xəbəri geniş rezonans yaratdı və hədəf olaraq AXCP sədri Əli Kərimli göstərildi. Buna dərhal reaksiya verənlərdən biri isə Zeynəb Xanlarova oldu. "Mən Əli Kərimlinin xətrini çox istəyirəm. Ona görə mən bu sözü deməliyəm. Ona qara yaxırlar".Elçibəyin Ə. Kərimli tərəfindən zəhərlənməsi barədə ittihamları yersiz sayan xalq artisti belə deyib: "Mən Londondayam. Amma bu xəbəri eşidəndə dözə bilmədim. Əli Kərimli Elçibəyin xətrini çox istəyirdi. Onun haqqında bu şayiələri yalnız Əli Kərimlinin düşmənləri yaya bilər. İnana bilmərəm buna heç zaman. O, cavan adamdır. Niyə ona bu qədər qara yaxmağa çalışırlar?".
Bundan əvvəldə millət vəkili gözlənilmədən mövqe dəyişikliyi etmişdi. Z. Xanlarova mayın 22-də Milli Məclisin iclasındakı çıxışında həmin günlərdə etiraz aksiyası keçirən müxalifəti müdafiə etməyə çalışmışdı, etiraz aksiyalarında xüsusən də qadınlara qarşı zorakılıqları pisləyərək demişdi ki, qadına əl qaldırmaq Azərbaycan kişisinə, polisinə yaraşan hərəkət deyil. Zeynəb xanım demişdi: "Mən Fəvvarələr meydanında evimin pəncərəsindən aksiyaya baxırdım. Azərbaycan qadınları ayaq altında qalırdı. Mənim xalqım niyə ayaq altına düşməlidir?".
Deputat-müğənni daha sonra məmur-oliqarxları qəsd edərək, insanlar arasında hakimiyyətə qarşı narazılıqları "5-6 nəfər pullu insanların" etdiyini demişdi.
Gəlin, onun həmin sözlərini də xatırlayaq: "Bu gün mənim ürəyim doludur. Danışmaq istəyirəm. Bu gün xalq küçələrə düşür. Ona görə ki, 5-6 nəfər pullu, varlı insan xalq arasında prezidentə qarşı narazılıq yaradır. Bütün bunları edənlər pullu insanlardır. Mən seçildiyim rayonun Altıağac qəsəbəsində pullu adamlar özlərinə elə böyük villalar tikirlər ki, adi insanlara su da çatmır. Kasıb insanlar onlara baxanda qıcıqlanırlar, narahatlıq keçirirlər. Onların evləri bu villaların yanında koma kimi görsənir. Ac insanlar bunları görüb qıcıqlanırlar"".
Müğənni-deputat təkcə Milli Məclisdəki kəskin ittihamlarla da kifayətlənməmişdi, sonrakı günlərdə onun radikal müxalif KİV-lərdə öz ittihamlarını davam etdirdiyi də hər kəsin yadındadır.
Millət vəkilinin son açıqlamasına gəldikdə isə ekspertlər hesab edir ki, Zeynəb Xanlarova hər zaman təmsil olunduğu hakimiyyəti bir balaca gərginlik olanda tərk edib. Hələ Ayaz Mütəllibov prezident olanda, hər zaman onun yanında olan müğənni, cəbhə hakimiyyətə gəlmə ərəfəsində onunla əlaqələrini kəsdi. Daha sonra isə AXC-in devrilməsini hiss edən deputat o komandadanda üz döndərdi. Bu gün isə Zeynəb Xanlarova növbəti dəfə deyəsən kursunu dəyişməyə hazırlaşır. Çünki o yaxşı bilir ki, büdcənin hazırlanmasından dövlət rəhbərliyinin xəbəri var və reallıq nəzərə alınaraq belə bir büdcə ortaya çıxarılıb. Belə olan halda Zeynəb Xanlarovanın sual verməsi başa düşülən deyil. Ən azından ona görə ki, deputatın bu sualı sadəcə olaraq hakimiyyətə qarşı yönəlib və cəmiyyətdə özünərəğbət qazanmaqla bağlıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00