Tükiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəməyə aparılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti hakim qarşısına çıxarılıb.
Məhkəmə onun barəsində həbs qərarı verib. Onunla birlikdə saxlanılan şirkətin meneceri Nuray Nurcahan Peker polis nəzarətinə verilməklə şərti azadlığa buraxılıb.
Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş adamına məxsus evlərdə axtarış aparılıb.