Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Unikal.org xəbər verir ki, iclasda deputat Vahid Əhmədov çıxış edərək Rəqabət Məcəlləsi və “Təhsil kreditləri haqqında” qanun layihələri qəbul edilməsini təklif edib: “Azərbaycanda hansısa məmurlar illərdir bu Məcəllənin qəbuluna mane olur. Bundan əlavə, “Təhsil kreditləri haqqında” qanunun qəbuluna ciddi ehtiyac var. Ancaq elə insanlar var ki, bir gün işləməsə, sabaha çörək alıb evinə gətirə bilməyəcək. Bir günlük, beş günlük müqavilələrlə işləyən insanlar var. Onlar nə etsin? Fazil Mustafa deyir ki, Bakıya rayonlardan giriş bağlansın. Bakıya rayonlardan kifayət qədər məhsullar daxil olur. Bunları fikirləşmək lazımdır. Onlayn sistemlə bu məsələni həll etmək mümkün deyil. Təbii ki, insanları qorumaq lazımdır”.
Deputat Vüqar Bayramov “Startaplar haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıb: “Növbəti sessiyada bu layihə hazırlanmalıdır. Bilirsiniz ki, onlarda ideya olur, vəsait olmur. Dünya iqtisadiyyatı əsasən bu sahədən gəlir əldə edir”.