“Azərbaycanda kifayət qədər dezinfeksiyaedici məhsullar var”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirlən iclasında deyib.
O bildirib ki, koronavirus çox təhlükəli bir infeksiyadır: “Hesab edirəm ki, panikanın yayılması bu virusa qarşı tədbirlərin görülməsini zəiflədə bilər. Hər birimiz şəxsi gigiyenamıza diqqət etməliyik. Əminəm ki, qısa müddətdə bu virusun öhdəsindən gələ biləcəyik”.