"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) koronavirus üzərində tədqiqatlar aparmaq üçün laboratoriya yoxdur".
Bunu Unikal.org-a açıqlamasında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi işlər üzrə direktor müavini, Biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bildirib. Onun sözlərinə görə, bu cür araşdırmanı aparmaq üçün biotəhlükəsiz sistem qurulmalıdır:
"Bizim institutda kadr potensialı var. Onlar xaricdə vaksinlərin hazırlanması texnologiyası ilə bağlı biliklərə yiyələniblər. Həmin mütəxəssislər o texnologiyanı bilsələr də Azərbaycanda vaksin hazırlamaq üçün mərkəz yoxdur. Biz bitki virusları ilə işləyirik. Bizə inidetifikasiya etmək, onun DNT-ni ayırmaq lazımdır. Bunun hamısını mikroskop altında təyin etmək olmur, bunun koronası var. Ancaq onun növünü təyin etmək üçün Molekulyar prosesləri görmək lazımdır. Bunlar qorxulu virus olduğu, epidemiya yaratdığı üçün xüsusi laboratoriya, biotəhlükəsizlik sistemi qurulmalıdır. Yoxsa, koronavirusla elə-belə işləmək mümkün deyil. Spesifik biotəhlükəsizliyə cavab verən laboratoriya olmalıdır. Tibb sahəsində epidemioloqların işləməyi üçün laboratoriya olsa da, AMEA-da belə mərkəz yoxdur. Steril bokslarımız olsa da, havalandırma sistemli biotəhlükəsiz mərkəz hələki bizdə yoxdur".
Famil Fərhadoğlu