“Mübariz Mənsimovun həbsinin Azərbaycan hakimiyyəti ilə əlaqələndirilməsinin heç bir əsası yoxdur”.
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib. O bildirib ki, Mübariz Mənsimovun həbsinin bu şəkildə izahı subyektiv mövqelərdir:
“Mübariz Mənsimov Azərbaycan əsilli iş adamı, Türkiyə vətəndaşıdır. Türkiyə hüquq-mühafizə orqanları bu barədə məlumat veriblər. Təbii ki, mən arzu edərdim ki, onun qapısı tezliklə açılsın və öz işləri ilə məşğul olsun. Ancaq bu həbsin Azərbaycanla əlaqələndirilməsi yanlışdır. Belə danışanlar çox ciddi səhvə yol verirlər. Çünki Mənsimovun həbsinin Azərbaycan dövləti ilə heç bir əlaqəsi yoxdur. Kimsə bu cür təbliğat aparırsa, qərəzli yanaşmadır. Türkiyə müstəqil dövlətdir və öz qanunları var. Öz vətəndaşına hər hansı bir ittiham irəli sürülüb. Bunun, Azərbaycan dövləti ilə nə əlaqəsi var?”.
Murad İbrahimov